“Rusiyanın dəhşətli cinayətləri cəzasız qalmayacaq”– Aİ xüsusi məhkəmə yaratmağı təklif edir

“Avropa Komissiyası Rusiyanın Ukraynaya təcavüzünü araşdırmaq və mühakimə etmək üçün BMT-nin dəstəyi ilə xüsusi məhkəmə yaratmağı təklif edir”.

Azpost.info xəbər verir ki, bunu Komissiyanın sədri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, yeni struktur yaratmaq istəyi Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıqdan imtina demək deyil.

“Biz bu ixtisaslaşmış məhkəməyə mümkün olan ən geniş beynəlxalq dəstəyi təmin etmək üçün işə başlamağa hazırıq. Rusiya öz dəhşətli cinayətlərinin, o cümlədən suveren dövlətə qarşı təcavüzün əvəzini ödəməlidir. Bu cinayətlər cəzasız qalmayacaq” – Komissiya sədri əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

“NATO ölkələri Çindən və digər avtoritar rejimlərdən asılılığını azaltmağa qərar verdi”

Sonrakı məqalə

Almaniya səfirliyi Bakıda Türkiyə əleyhinə filmin nümayişini ləğv edib