NATO ölkələri Ukraynaya əsgər göndərəcək?- Şollts AÇIQLADI

“NATO ölkələri Rusiya ilə münaqişədən qaçmaq istədikləri üçün Ukraynaya əsgər göndərməyəcəklər”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında deyib.

O, həmçinin qeyd edib ki, hərbi-siyasi blokun müdafiə qabiliyyəti etibarlı olmalıdır, çünki Rusiyadan gələn təhlükə realdır.

“İki əhəmiyyətli məqam var. Birincisi, Rusiyadan gələn təhlükə realdır, ona görə də bizim müdafiə və çəkindirmə imkanlarımız etibarlı olmalıdır. İkincisi, biz Rusiya ilə NATO arasında münaqişənin olmasını istəmirik. Ona görə də Ukraynanı dəstəkləyən hər kəs müharibənin əvvəlindən yekdilliklə bildirib ki, biz Ukraynaya öz əsgərlərimizi göndərməyəcəyik”, – Şolts bildirib.

Kansler hesab edir ki, Avropa öz təhlükəsizliyinə investisiyaları artırmalıdır. Onun sözlərinə görə, 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra ABŞ-a kimin rəhbərlik etməsindən asılı olmayaraq, buna nail olmaq lazımdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.