“NATO Qara dənizdən Baltik dənizinə qədər iştirakını gücləndirəcək”- ABŞ dövlət katibi

“Şimali Atlantika Alyansı Qara dənizdən Baltik dənizinə qədər iştirakını artıracaq”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Buxarestdə keçirdiyi mətbuat konfransında deyib.

“Biz NATO-nun Qara dənizdən Baltik dənizinə qədər iştirakını gücləndirəcəyik. Bu səylərin bir hissəsi olaraq biz daim bir-birimizlə, eləcə də NATO ilə işləyirik”, – Blinken bildirib.

Qeyd edək ki, bu gün Buxarestdə NATO üzvü olan 30 ölkənin xarici işlər nazirləri Ukrayna üçün bir araya gəlib. İki gün davam edəcək görüşdə Kiyevə dəstəyi gücləndirməklə bağlı müzakirələr aparılacaq.

Azpost.info

Əvvəlki məqalə

“İŞİD və Əl-Qaidənin güclənməsindən narahatıq” –

Sonrakı məqalə

“Elçibəyin arzularını İlham Əliyev həyata keçirir” –