NATO Rusiya ilə müharibə vəziyyətində texnikanın ötürülməsi üçün plan hazırlayıb- “Financial Times”

NATO ölkələri Rusiya ilə genişmiqyaslı münaqişə vəziyyətində hərbi texnikanın ötürülməsi üçün yollar və infrastruktur hazırlamağa başlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşrin məlumatına görə, Almaniyanın Ulm şəhərində NATO-nun çoxmillətli qüvvələrinin operativ komandanlığı silahlı qüvvələrin bütün Avropada yerləşdirilməsi planı hazırlayır.

Layihəyə kommunikasiya şəbəkələrinin fəaliyyəti, Avropa ölkələrinin enerji resursları və anbarlarda lazımi təchizatla təmin edilməsi, şərq istiqamətində texnikanın yerləşdirilməsi üçün lazım ola biləcək mühüm infrastrukturun – avtomobil və dəmir yollarının hazırlanması daxildir.

Bu proses yanvarın 24-də başlayan və 4 ay davam edəcək irimiqyaslı təlimin nəticələrinə əsaslanacaq.“Soyuq müharibə”dən bəri ən böyük olacaq 90.000 əsgərin iştirak etdiyi manevrdə NATO şərqdə düşmənlə genişmiqyaslı qarşıdurmanı simulyasiya etməyi planlaşdırır. Təlimlərə mindən çox hərbi texnika və 50-dən çox gəmi cəlb olunacaq.

Azpost.info

Əvvəlki məqalə

AZAL-ın Moskva-Gəncə təyyarəsi Bakıya məcburi eniş enib

Sonrakı məqalə

Rusiya Duması məktəbliləri vətənpərvərlik mahnıları öyrənməyə çağırır