“NATO Rusiya ilə sərhəddə bazalar yaratmalıdır” –Litva Prezidenti

NATO-nun Moskva ilə 1997-ci ildə imzalanmış münasibətlər və əməkdaşlıq haqqında fundamental aktı etibarsız saymasının və Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmasının vaxtı çatıb.

Bu barədə Litva Prezidenti Gitanas Nauseda “The Times” qəzetinə müsahibəsində deyib.

“Rusiya Belarusda fəal şəkildə taktiki nüvə silahı yerləşdirəndə və bunun baş verdiyinə dair bütün sübutlarımız olduqda, biz artıq Rusiya ilə NATO arasındakı aktın ölü olduğunu qəbul etməliyik”, – deyə Prezident nəşrə bildirib.

Dövlət başçısı qeyd edib ki, Litva artıq Rusiyadan gələn nüvə təhdidlərinə öyrəşib, çünki onları daim eşidir. O vurğulayıb ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlara başlayandan sonra alyans üzvləri müdafiə xərclərinin artırılmasının zəruriliyini dərk ediblər. Bununla belə, Prezident etiraf edib ki, o, bu keçid dövrünün çox uzanacağından ehtiyat edir, çünki vəziyyət çox təhlükəli və qeyri-sabitdir. (APA)

Əvvəlki məqalə

Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun parlamentə göndərməyə razılıq verib

Sonrakı məqalə

Mbappe PSJ-də qaldı, “Real Madrid”lə danışıqlar dayandı