Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun parlamentə göndərməyə razılıq verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.

Bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüş konstruktiv keçib.

“Mən Prezident Ərdoğan İsveçin üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə və protokolun təsdiqlənməsinə əmin olmaq üçün Millət Məclisi ilə ilə işləyəcəyinə razılıq verdiyi üçün şadam”.

Əvvəlki məqalə

Goranboy və Sabirabad DYP bölmələrinə yeni rəislər təyin edilib

Sonrakı məqalə

“NATO Rusiya ilə sərhəddə bazalar yaratmalıdır” –