“NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır” –Rusiyanın Müdafiə Nazirliyi

“Şimali Atlantika Alyansı Rusiya ilə genişmiqyaslı münaqişəyə hazırlaşır”.

RİA “Novosti”nin xəbərinə görə, bu barədə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditasiya olunmuş hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.

“Blokun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib” deyə, Fomin əlavə edib.

Fomin vurğulayıb ki, NATO-nun doktrina sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiya “koalisyon təhlükəsizliyə birbaşa təhlükə kimi göstərilir”.

Nazir müavini eyni zamanda xatırladıb ki, “Roma bəyannaməsi öz qüvvəsində qalır. Bu bəyannamədə göstərilib ki, Rusiya və Alyans bir-birini düşmən kimi görmür. Bu müddəa 2010-cu ildə Lissabonda keçirilən NATO-Rusiya sammitində də təsdiqlənib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Media haqqında” qanun layihəsi növbəti dəfə müzakirə olunacaq

Sonrakı məqalə

AMEA-da bayramla bağlı alimlərə ərzaq yardımı edilib –