NATO Rusiyanın dərinliklərinə zərbələrə icazə verir?- AÇIQLAMA

NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün silahlarından istifadəyə qoyulan məhdudiyyətləri götürüb-götürməmək barədə müstəqil qərar qəbul edir.

Azpost.info xəbər verir ki, bunu Alyansın Baş katibi Mark Rutte Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib.

Onun sözlərinə görə, Baş katib olaraq müttəfiqlərə nə etməli olduqlarını deməyəcək.

“Müttəfiqlər nə edəcəyinə özləri qərar verə bilərlər. Mən onların necə hərəkət etmələri barədə danışmayacağam”, – Rutte bildirib.

Azpost.info

Əvvəlki məqalə

Xadimə işləyən 70 yaşlı qadının 25 min manatını ələ keçirənlər həbs edilib

Sonrakı məqalə

Maaş və pensiya artımına 1 milyard 370 milyon manat əlavə vəsait ayrılacaq