“Navalnının rus məhkumla dəyişdirilməsi üçün danışıqlar gedirdi”- "Bild"

Moskva, Vaşinqton və Berlin Aleksey Navalnının mübadiləsi ilə bağlı danışıqlar aparırdı.

Azpost.info xəbər verir ki, bu barədə “Bild” yazıb.

Nəşr qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin siyasətçinin müqabilində Almaniyada həbsdə olan və Berlində keçmiş çeçen səhra komandiri Zelimxan Xanqoşvilini qətlə yetirməkdə təqsirli bilinən rusiyalı Vadim Krasikovu almaq istəyib.

“Bild” daha əvvəl yazıb ki, bu yaxınlarda Sankt-Peterburqun “Pulkovo” hava limanında Almaniya vətəndaşının həbsi də Rusiya hakimiyyətinin onu Krasikovla dəyişmək niyyəti ilə bağlı ola bilər. Fevral ayında sevgilisini ziyarət etmək üçün Sankt-Peterburqa uçan 38 yaşlı Hamburq sakininin üzərində qadağan edilmiş maddə tərkibli konfetlər aşkarlanıb. Həmin şəxs onalrı Almaniyada sərbəst şəkildə alıb. Rusiya gömrükçüləri isə məhsulun tərkibində narkotik maddə olduğunu iddia edirlər. İttiham sübuta yetirilərsə, Almaniya vətəndaşını 7 ilə qədər həbs gözləyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.