“Navalnının ölümünə görə məsuliyyəti Putin daşıyır”- Xodorovski

“Aleksey Navalnının ölümünə görə məsuliyyəti prezident Vladimir Putin daşıyır”.

Azpost.info xəbər verir ki, bu barədə mühacirətdə olan rusiyalı oliqarx Mixail Xodorkovski bildirib.

“Penitensiar Xidmətin rəsmi məlumatına görə, Aleksey Navalnı bu gün kolonda dünyasını dəyişib. Əgər bu doğrudursa, o zaman vaxtından əvvəl ölümə görə şəxsən Vladimir Putin məsuliyyət daşıyır. O, Alekseyin zəhərlənməsinə, sonra isə həbsxanaya salınmasına görə məsuliyyət daşıyır”, – Xodorkovski deyib.

O, müxalifətçinin ailəsinə başsağlığı verib.

Xodorkovski vətəndaşları martın 17-də keçiriləcək növbəti prezident seçkilərində bülletenə Aleksey Navalnının adını yazmağa çağırıb: “Əgər necə hərəkət edəcəyinizi bilmirsinizsə və ya şübhə edirsinizsə, cavab budur”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.