“Naxçıvan Bank”ın müştərilərinə xəbərdarlıq edilib

“Naxçıvan Bank”ın kredit portfeli müqavilə şərtləri dəyişdirilmədən “Kapital Bank”a ötürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı bank tərəfindən müştərilərə sms göndərilib.

Sms-də qeyd edilib ki, “Naxçıvan Bank” ASC-də kredit ödənişləri olan vətəndaşların kreditləri bu gündən etibarən müqavilə şərtləri dəyişdirilmədən “Kapitalbank” ASC-yə keçirilir. Kredit ödənişləri 01.06.2004-cü il tarixdən qəbul ediləcək.

Əvvəlki məqalə

Qarabağdan gedən ermənilərdən 1437-si Ermənistan vətəndaşlığını alıb

Sonrakı məqalə

Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib