Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini “ASAN Xidmət” mərkəzlərində dəyişdirə biləcəklər- DİN

Naxçıvanda qeydiyyatda olan vətəndaşlar şəxsiyyət vəsiqələrini “ASAN Xidmət” mərkəzlərində dəyişdirilə biləcəklər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Əvvəlki məqalə

Vasif Talıbovun “Gəmiqaya” şirkəti kimə verilib? –

Sonrakı məqalə

Bakıda mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi məlum olub