Qrafik dizayner Rəsul Həsən Naxçıvan və İrəvan xan ailəsinin birgə unikal fotosunu bərpa edib.
Azpost.info bildirir ki, bu unikal foto 1906-cı ildə Naxçıvanda çəkilib.
Fotonun orjinalı pis vəziyyətdə olduğundan detallı şəkildə bərpa etmək, rəngləmək mümkün olmayıb.
İrəvan və Naxçıvan xanlarının ailə fotosu:
Ön sıra (soldan): 1 – Xanlar xan (Abbasqulu xanın oğlu) və qucağında körpə oğlu, 2 – Tacı xanım (Abbasqulu xanın kiçik qızı), 3 – Nazlıbəyim xanım (Cəfərqulu xanın qızı), 4 – Kəlbəli xan Naxçıvanski (III) \
Orta sıra: 1- 2- Tərlan xanım (İsmayıl xan Naxçıvanskinin qızı, Abbasqulu xanın həyat yoldaşı) 3 – Abbasqulu Xan İrəvanski, 4 – Fəxrəntac xanım (Abbasqulu xanın qızı, Cəfərqulu xan Naxçıvanskinin həyat yoldaşı), 5 – Cəfərqulu xanın ikinci həyat yoldaşı \
Arxa sıra: 1 – Həsən xan İrəvanski, 2 – Kərim xan İrəvanski, 3 – Rəhim xan Naxçıvanski və kiçik qızı Xurşid, 4 – Cəfərqulu xan Naxçıvanski.
Azpost.info