Naxçıvanda 65 hektar faydalı qazıntı yatağı hərraca çıxarılıb

Naxçıvan ərazisində ilk dəfə 2023-cü il 7 iyul tarixindən etibarən 11 qeyri-filiz faydalı qazıntı yatağı üzrə 65 hektar sahə auksiona çıxarılıb, təqribən 1 milyon manata yaxın vəsait büdcəyə daxil olub.

AzPost AzərTac-a istinadən bildirir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

Onun sözlərinə görə, muxtar respublikada son iki il ərzində qeyri-filiz və inşaat materialları yataqlarına axtarış, təftiş və qiymətləndirməsi, yeraltı suların monitorinqi, qara, əlvan və nəcib metalların axtarışı, yenidən qiymətləndirilməsi üzrə çöl və kameral işlər görülüb, 55 yataqda təftiş və yenidən qiymətləndirmə işləri aparılıb, 6 yeni yataq kəşf edilib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, çöl materialları əsasında 298 mineral su bulağının təftişi aparılıb, 14 mineral bulaq investisiya üçün təklif olunub: “Bu istiqamətdə işlər davam etdirilir”, – deyə Fuad Nəcəfli vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.