Naxçıvanda karantini pozub toy edənlər cəzalandırıldı –Şadlıq evinin müdiri həbs edildi, qonaqlar cərimələndi

Karantin qaydalarını pozaraq toy edənlər cəzalandırılıb. 

Dekabrın 3-də Şərur rayonunda yerləşən “Siyaqut” şadlıq sarayında toy məclisinin təşkil olunması ilə bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən video paylaşılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması faktını aşkar ediblər. Toy məclisinin təşkilatçısı – şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu, toy sahibi və məclisdə iştirak edənlər saxlanılaraq Şərur Rayon Polis şöbəsinə gətiriliblər. Şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və ictimai qınaqlara məhəl qoymayan məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu xüsusi karantin qaydalarını pozduqlarına görə məhkəmənin qərarı ilə hər biri inzibati qaydada 7 sutka həbs ediliblər.

Toy sahibi və məclisdə iştirak edən digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunublar. (Qafqazinfo)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dağlıq Qarabağda rəhbər yoxdur” –

Sonrakı məqalə

Masallıda Şəhidlərimizin xatirəsi anılıb