Naxçıvanda tağım komandiri nə üçün vəfat edib? –AÇIQLAMA

Yanvarın 27-də “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər MM-in iclasına tövsiyə edilib

Sonrakı məqalə

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Zəngilan aeroportuna kod təyin edib