Naxçıvanın Ədliyyə naziri vəzifəsindən azad edilib 

Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də fərman imzalayıb.

V.Talıbovun digər fərmanı ilə Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri təyin edilib.

Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə 1 May aksiyalarına görə 3 günlük komendant saatı tətbiq edildi

Sonrakı məqalə

DTX İsmayıllı şəhər icra nümayəndəsini belə həbs etdi –