“Naxçıvanla Azərbaycanın maneəsiz əlaqəsinin əleyhinə deyilik” –PAŞİNYAN

Azərbaycan
Azərbaycan

Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil.

AzPost -un məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Biz maneəsiz keçidə qarşı deyilik, amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil”, – Baş nazir qeyd edib.

Onun sözlərinə görə, müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır.

“Biz bu qərarlara hazırıq”, – Paşinyan əlavə edib.

O xatırladıb ki, İrəvan Azərbaycana öz təkliflərini göndərib və cavab gözləyir.

“Onlar (Bakı) bunu nə adlandıracaq (kommunikasiyaların həlli üzrə), biz nə adlandıracağıq, bu başqa mövzudur. Qərar nə olursa olsun biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir”, – Paşinyan vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.