Naxçıvanlılar bu il xərclədikləri hər 100 manatın 56 manatını özləri qazanmalı olacaq

Pullar
Pullar

Bu il Naxçıvan Muxtar Respublikasının büdcəsi 483,2 milyon manat məbləğində proqnozlaşdırılır ki, bunun da 271,6 milyon manatını və yaxud 56,2%-ni yerli vergi, rüsum və digər ödənişlər təşkil edəcək.

AzPost yurd.media-ya istinadən xəbər verir ki, bu, Naxçıvan Ali Məclisinin sədrinin I müavini Bəxtiyar Məmmədovun təsdiqlədiyi muxtar respublikanın 2026-cı il büdcəsində öz əksini tapıb.

İl ərzində dövlət büdcəsindən isə Naxçıvana 211,6 milyon manat dotasiya ayrılacaq. Bu isə yerli büdcə gəlirlərinin 43,8%-ni təşkil edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.