Nazarbayev danışdı, xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırdı

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkənin bütövlüyünü qorumaq və mövcud çətinliklərə qalib gəlmək üçün xalqı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Nazarbayevin mətbuat katibi “Twitter”də məlumat yayıb.

Məlumatda bildirilib ki, Nursulatn Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.

Qeyd olunub ki, Nursultan Nazarbayev məsləhətləşmələr keçirir, o, Prezident Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir və həmçinin qonşu və dost ölkələrin liderləri ilə telefonla əlaqə saxlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neftin qiyməti ucuzlaşıb

Sonrakı məqalə

“Müharibə veteranı” vəsiqəsi və təqaüdü necə veriləcək? –