Qazaxstan prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva yenidən Senatın sədri seçilib.
Azpost.info bildirir ki, onun sədrliyə yenidən seçilməsini prezident Kasım – Comart Tokaev təklif edib. Dövlət başçısının qərarı parlamentdə yekdilliklə dəstəklənib.
Gizli səsvermənin nəticələrinə görə, D.Nazarbayevanın xeyrinə 48 bülleten verilib.