Nazir corab satan aktyora iş verdi

Bir neçə gün əvvəl sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.
AzPost xəbər verir ki, bu barədə o, Baku.ws-ə açıqlamasında bildirib.
“Corab satmağımla bağlı görüntülərdən sonra birdən-birə ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. O, iki dəfə mənə zəng etdi, ehtiyacımı soruşdu. Dedim mənim üçün çətindir. Aldığım təqaüd dərmanlarıma çatmır. Məni Musiqili Komediya Teatrına işə bərpa etdilər. Aidiyyəti qurumlar artıq mənlə maraqlanırlar. Corab satmaq da bir tarixə çevrildi”, – deyə aktyor qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.