Nazir müşaviri:“Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”

“Məktəblərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda tədris tədricən bərpa olunmalıdır.

“Azərbaycan koronavirusa pandemiyasına çevik reaksiya verməsi ilə nümunə oldu. Bu baxımdan istəməzdik ki, hansısa tələsik addım daha böyük fəsadlara səbəb olsun”, – deyə nazir müşaviri vurğulayıb.

E.Məmmədov tədrisin bərpası ilə bağlı mütəmadi olaraq təxribat xarakterli məlumatların yayıldığını vurğulayıb. O, ictimaiyyəti rəsmi qurumların məlumatlarına istinad etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb

Sonrakı məqalə

“Azəriqaz” Daxili İşlər Nazirliyinə müraciət edib