Nazirlik 1 milyon 800 min manat pensiya alan şəxsin adını açıqlamaqdan imtina edib

Ötən həftə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin media rəhbərləri ilə görüşdə dediyi “elə vətəndaş olub ki, 14 il ərzində saxta yolla 1 milyon 800 min manat pensiya alıb” sözü geniş rezonans doğurmuşdu. 

Nazirin sözlərinə görə, həmin fakt üzrə aparılan araşdırmaların nəticəsində o şəxsin saxta əlilliyi ləğv olunub.

Açılan müzakirələrə qoşulan istisadçılar hesablama apararaq deyiblər ki, ümimilikdə 1 milyon 800 min manat pensiya alan vətəndaşla bağlı fakt düzdürsə, onda ona hər ay 10 min 714 manat pensiya verilib.

Belə məbləğdə pensiyanın yüksək vəzifəli dövlət məmuru olmuş şəxsə təyin edilə biləcəyi ehtimalı da irəli sürülüb.

Bəs bu adam kim olub, o, hansı sahədə çalışıb, saxta pensiyanı hansı müddətdə alıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq həmin şəxsin kimliyini açıqlaya bilməyəcəklərini qeyd edib. Onun sözlərinə görə, fərdi məlumatlar haqqında qanuna əsasən şəxsin kimliyi qorunur: “Bu nazirin çıxışında nümunələrdən biri idi. Çox təəssüf edirəm mətbuat və sosial şəbəkə yalnız nümunələrdən birinin üzərində dayanır”-deyə, o sonda bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputatlar ömürlük diplomatik pasport istəyirlər –

Sonrakı məqalə

Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi açılıb –