Deputatlar ömürlük diplomatik pasport istəyirlər –İclasda təklif edilib

Milli Məclisin deputatları bu günkü iclasda ömürlük diplomatik pasportla təmin olunmaları barədə təklif irəli sürüblər. 

Azpost.info bildirir ki, bu təkliflər “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikin müzakirəsi zamanı qaldılırıb.

“Dünyanın bir çox ölkələrində diplomatik pasport ömürlük verilir”-deyən
deputat Sabir Rüstəmxanlı öz növbəsində təklif edib ki, millət vəkillərinə də ömürlük diplomatik pasport verilsin: “Diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir. Məncə, millət vəkilliyi vaxtı qurtaran, amma Azərbaycanda hələ də fəaliyyət göstərən insanların sayı 150-200 nəfərdir. Millət vəkili seçilməyəndə onun diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatlara diplomatik pasportları qaytarılsın”.

Deputat Fəzail Ağamalı da təklifi dəstəkləyib: “Xahiş edirəm bu məsələni müzakirəyə çıxaraq. Bu, çox ədalətli yanaşma olardı”.

Eyni zamanda, deputat Məlahət İbrahimqızı təklifi dəstəkləyib: “Bəlkə də müəyyən limiti burada nəzərə ala bilərik. Bütün ölkələrdə bu var. Azərbaycanda da bu məsələ müsbət həll oluna bilər”.

MM sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cavabında bildirib ki, bu, bir sıra ölkələrdə var: “Amma bu, həm də bir sıra ölkələrdə yoxdur. Bu format Azərbaycanda uzun illər mövcuddur. Diplomatik pasport hazırda bizim fəaliyyətimiz dövründə verilir. Bunun gərək həm də rəyləri olsun. Ancaq bütün millət vəkilləri bu məsələni qaldırarsa, komitədə buna baxıla bilər”.

Spiker isə qeyd edib ki, artıq bir çox həmkarlar məsələni qaldırıb: “Ona görə bunu nəzərə almaq olar”. (etikxeber.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Qəhrəman Əlif Hacıyevin qardaşı həbs olundu –

Sonrakı məqalə

Nazirlik 1 milyon 800 min manat pensiya alan şəxsin adını açıqlamaqdan imtina edib