Neft bazarında bahalaşma dalğası- Qiymətlər artmaqda davam edir

Qlobal enerji bazarlarında qiymət artımı səngimir. AzPost xəbər verir ki, əvvəlki ticarət sessiyasında neftin qiyməti 3 faizdən çox yüksəldikdən sonra bahalaşma tendensiyası davam edir.

Analitiklərin fikrincə, bazarda qeyri-müəyyənliyin artması neftin qiymətinə birbaşa təsir göstərir. Xüsusilə Venesueladan gələcək tədarüklərlə bağlı aydınlığın olmaması investorların narahatlığını artırır. Bildirilir ki, bu gün ABŞ-ın aparıcı neft şirkətlərinin — o cümlədən Exxon Mobil və Chevron rəhbərləri Ağ Evdə Donald Trampla görüşəcəklər. Görüşdə Venesuelanın neft sektorunun mümkün bərpası perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Eyni zamanda İranda artan iğtişaşlar da ölkədə neft hasilatının gələcəyi ilə bağlı riskləri gücləndirir. Bu amil də dünya bazarlarında qiymətlərin yüksəlməsinə əlavə təzyiq yaradır.

Mütəxəssislər hesab edirlər ki, geosiyasi risklər və tədarük zəncirindəki qeyri-müəyyənlik davam etdikcə neft bazarında qiymət dalğalanmaları da aktual olaraq qalacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.