Neft Fondu indiyədək “Şahdəniz”dən 4 milyard dollar gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 329 131 min ABŞ dolları təşkil edib.

ARDNF-dən verilən məlumata görə, Fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 3 996 mln. dollar (01.10.2021 tarixinə) təşkil edib.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF “Şahdəniz” yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev və Mehriban Əliyeva Qubadlı rayonuna gediblər

Sonrakı məqalə

Azərbaycanın Vatikanda səfirliyi açılacaq