Neft qiymətləri 70 dolları ötə bilər –

“Goldman Sachs”
22 Fevral 2021 - 11:33

Neft qiymətləri 70 dolları ötə bilər.

Bu proqnozla ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib.

“Goldman Sachs”a görə, ABŞ-da soyuq havanın keçməsi ilə meydana gələn itkilər nəzərə alındıqda qarşıdakı aylarda neft qiymətləri 70 dollar/barreli keçə bilər. Artan neft tələbatının “OPEC+”un istehsalını üstələməsi fonunda isə qiymətlərdəki artım davam edəcək.