Neft qiymətləri ucuzlaşır

25 Mart 2021 - 11:17

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,26 dollar geriləyərək 63,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,33 dollar ucuzlaşaraq 59,85 dollar olub.