Neftçalanın icra başçısı onlayn mətbuat konfransı keçirdi –Rayonda hansı yeniliklər edilib?

“Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə tam yeni layihə hazırlanıb”.

Azpost.info-nun məlumatına görə, bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov keçirdiyi onlayn mətbuat konfransında bildirib.

İcra başçısının sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyev tərəfindən Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılıb. Rayon İcra Hakimiyyətinin inzibati binasında layihənin təqdimatı keçirilib. İlkin olaraq Neftçala şəhərinin və⠀ətraf yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulan layihə çərçivəsində mənbəyi Salyan rayonu ərazində su tutumu 7500 m3 olan su anbarı tikiləcək. Həmin anbardar uzunluğu 44 km olan magistral su xəttinin çəkilməsi planlaşdırılır. Mövcud layihəyə əsasən çoxmənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40.000 nəfərə yaxın sakinin içməli su xətləri ilə təchizatı və sayğaclaşdırılması, paralel olaraq Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması həyata keçiriləcək. Hazırda layihənin icrası istiqamətində zəruri tədbirlər həyata keçirilirməsinə başlanılıb.

Göstərilən  dövrdə  Neftçala  Elektrik  Şəbəkəsi  tərəfindən  2 ədəd  elektrik  transformatoru  yenisi  ilə  əvəz  olunub, 1 yarımstansiya tikilib, 1 yarımstansiya  əsaslı  təmir  edilib, 40 ədəd  elektrik  dirəyi  yenisi  ilə  əvəz  olunub, 700 metr  elektrik  hava  xətti  yenilənib.

Azərpoçt  MMC-nin  Neftçala  Poçt  Filialı  tərəfindən  rayon  ərazisində 4096  nəfərə  190 manat  birdəfəlik  müavinət  verilib, faktiki  olaraq  rayon  üzrə  16.06.2020-ci il  tarixə  6999 fermer  kartından  6780  ədəd  kart  fermerlərə  təqdim  olunmub.

Qeyd  olunan  dövrdə  Salyan  Regional  Qaz  İstismarı  İdarəsinin  Neftçala  rayon  sahəsi  tərəfindən  780  mənzildə  qaz  sayğacı  yenilənib, 882 metr  qaz  borusu  yenisi  ilə  əvəz edilib. Rayon  ərazisində  Uzunbabalı, Bala  Surra, Yenikənd, 1№-li Mayak, Qırmızı Şəfəq, Sübh, Mirzəqurbanlı, Beştalı, Yeniqışlaq yaşayış  məntəqələrinin  hazırda  qazlaşdırılması  zərurəti  vardır. Məsələ  ilə  bağlı  Rayon İcra  Hakimiyyəti  başçısıının  12.05.2020-ci il  tarixli  B-122 nömrəli  məktubu  ilə  “Azəriqaz” İstehsalat  Birliyi  qarşısında  məsələ qaldırılmış  və İstehsalat  Birliyi  tərəfindən  verilən rəsmi  məktuba  əsasən  2020-ci ildə  dövlət  büdcəsindən  ayrılmış  maliyyə  vəsaiti  çərçivəsində  rayonun  Mirzəqurbanlı, Uzunbabalı və Bala Surra  kəndlərinin  qazlaşdırılmasının  nəzərdə  tutulub.

Yerli əhəmiyyətli 9 km uzunluğunda Bankə – 1№-li Mayak avtomobil yolunun orta  təmirinə başlanılıb, yolun 250 metr hissəsi asfalt örtüklə örtülüb, digər hissələrdə təmir işləri davam etdirilir.

Neftçala rayonu ərazisində Şəhid ailələri və Qarabağ əlilləri üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 10 fərdi yaşayış evinin açarları sahiblərinə təhvil verilib.

Rayonun Xıllı qəsəbəsi ərazisində yerləşən Xıllı qəsəbə 1 saylı tam orta məktəb binasının Heydər Əliyev Fondu tərəfindən “Yenişələn Azərbaycana Yeni məktəb” layihəsi çərçivəsində əsaslı təmiri, Neftçala İdman Olimpiya Kompleksinin, “Azerbaijan Fish Farm” şirkəti tərəfindən zavod tikintisi davam etdirilir.

Neftçala rayonu ərazisində Şəhid ailələri və Qarabağ əlilləri üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 10 fərdi yaşayış evinin açarları sahiblərinə təhvil verilib.

Rayonun Xıllı qəsəbəsi ərazisində yerləşən Xıllı qəsəbə 1 saylı tam orta məktəb binasının Heydər Əliyev Fondu tərəfindən “Yenişələn Azərbaycana Yeni məktəb” layihəsi çərçivəsində əsaslı təmiri, Neftçala İdman Olimpiya Kompleksinin, “Azerbaijan Fish Farm” şirkəti tərəfindən zavod tikintisi davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı, habelə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2019-cu ildə Xıllı qəsəbə 1 saylı tam orta məktəbinin əsaslı təmirinə başlanılıb. Ölkə başçısı İlham Əliyevin 06 may 2020 ci il tarixli Sərəncamına əsasən 20 yerlik Yenikənd kənd modul tipli ibtidai məktəbin də artıq tikintisi aparılır.

Göstərilən dövrdə vətəndaş müraciətləri prioritet sahə olaraq daim diqqət mərkəzində saxlanılıb, olunan müraciətlərdə vətəndaşlar tərəfindən diqqətə çatdırılan problemlər, çatışmamazlıqlar diqqətlə öyrənilib, həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Hesbat dövründə Rayon İcra Hakimiyyəti tərəfindən 500 nəfərdən çox  vətəndaş qəbul edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 305 müraciət  çoxdur. Aparılan təhlillər göstərir ki, müraciətlərin artım səbəbi uzun illər həllini tapmamış, yarımçıq qalmış problemlərin aradan qaldırılmaması, edilən müraciətlərə səti yanaşma, vətəndaş məmur münasibətlərində şəfafflığın olmaması, vətəndaşların qəbulu və onlar tərəfindən qeyd olunana məsələlərin həllinə soyuq münasibət, problemlərin yerində araşdırılmaması və.s qaynaqlanıb.

Rayon  ərazisində  1310 nəfər   məhsul  istehsalçısı  ilə müqavilə bağlanıraq  5962 hektar  torpaq  sahəsində  pambıq  bitkisi  əkilmiş  və hal-hazırda  becərmə  işləri  davam  etdirilir. 43066 hektar  ərazidə  taxıl  bitkisi  əkilib. Bunun 36803  hektarı  arpa, 6263 hektarı  buğda  bitkisidir.  36803 hektar  arpa  sahəsi  tamamilə  biçilib, biçilmiş  sahələrdən  102 min  312 ton  məhsul  götürülüb. Bu da  hər hektara  27,8 sentner  məhsul  deməkdir.  6263 hektar  buğda  sahəsinin 2532 hektarı biçilib, biçilmiş  sahələrdən  8675 ton  məhsul  götürülüb. Bu da  hər hektara  34.3 sentner  məhsul  deməkdir.  Hal-hazırda  buğda  biçini  davam  etdirilir.

Rayonda  20 arıçı və 416 arı  ailəsi  mövcuddur. Bu  arıçılar    Neftçala  Dövlət  Aqrar  İnkişaf  Mərkəzi  tərəfindən  Elektron  Kənd  Təsərrüfatı  İnformasiya  Sistemində qeydiyyata  alınmışdır.

Bankə  qəsəbəsinin  Seyidlər  yaşayış  massivində  örüş  yerlərinə  dair  vətəndaşların  kollektiv  müraciətinin  araşdırılması  məqsədilə  Rayon  İcra  Hakimiyyəti  başçısının  rəhbərliyi  və aidiyyəti  mütəxəssislərin  iştirakı  ilə  ərazidə  vətəndaşlarla  görüş olub, əraziyə  yerində  baxış  keçirilib. Vətəndaşların  müraciəti  nəzərə  alınıb  və  onlar  tərəfindən  qeyd  olunan  torpaq sahəsinin  örüş-otlaq  məqsədilə istifadə  edilməsinə  razılıq  verilib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN Ramin Hacılının polisə çağırılmasının səbəbini açıqladı:

Sonrakı məqalə

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub-