“Nemezis” abidəsi məsələsində qərar yanlış olub” –Paşinyan

“Nemezis” abidəsi məsələsində qərar yanlış olub.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

O, abidənin ucaldılması qərarını hökumətin vermədiyini bildirib.

“Bəli, bu bizim komandadır. Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”, – deyə o bildirib. (APA)

Əvvəlki məqalə

Ölkələr xüsusi karantin rejimindən stabil mərhələyə keçə bilərlər –

Sonrakı məqalə

Siyavuş Aslanın oğlu vəfat edib –