Siyavuş Aslanın oğlu vəfat edib –Meyitini "morq"dan götürən yoxdur

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.

O, 5 gün öncə dünyasını dəyişib.

Məlumata görə, hazırda onun nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, Ç.Aslanovun cənazəsini təhvil alan yoxdur.

Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.

Mərhum Xalq artisti Siyavuş Aslanın böyük oğlu Çingiz Aslanovun ölümü ilə bağlı bəzi məqamlar dəqiqləşib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat etməsi məlum olub.

Həmin vaxt mərkəz əməkdaşları Ç.Aslanovun yaxınlarını axtarsa da, heç kimi tapa bilməyiblər.

Daha sonra Ç.Aslanovun nəşi ərazi üzrə Sabunçu Tibb Mərkəzinin morquna təhvil verilib. (Qafqazinfo)

Əvvəlki məqalə

“Nemezis” abidəsi məsələsində qərar yanlış olub” –

Sonrakı məqalə

“Aparatda Ramiz Mehdiyevin səsini eşitdim…” –