Netanyahu 2026-cı ili Trampla birlikdə qarşıladı –FOTO

İsrailin Baş nazir Benyamin Netanyahu və həyat yoldaşı Sara ABŞ Prezidenti Donald Tramp ilə birlikdə Floridanın Vest Palm Biç şəhərində yerləşən dəbdəbəli Mar-a-Laqo kurortunda keçirilən Yeni il gecəsi məclisində görüntüləniblər.

Bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, Tramp həftənin əvvəlində Netanyahunun tədbirdə iştirak edəcəyini bildirmişdi.

Qeyd edək ki, bu həftə baş tutan danışıqlar Trampın bu il hakimiyyətə qayıdışından sonra ABŞ-da Netanyahu ilə keçirilən beşinci görüş olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.