İsrailin baş naziri Benyamin Netanyahu Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Taniyə zəng edərək Dohaya hücuma görə üzr istəyib.
AzPost -un məlumatına görə, bu barədə Reuters Netanyahuya yaxın mənbəyə istinadən xəbər verir.
Bu barədə İsrailin Kanal 12 telekanalı da mənbəyə istinadən məlumat verib və The Times of Israel təsdiqləyib.
Reuters xəbər verir ki, zəng Netanyahunun Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı baş tutub. Söhbətdə Tramp da iştirak edib. Danışıqlarla tanış olan başqa bir Reuters mənbəsi Qətərin texniki danışıqlar qrupunun Ağ Evdə olduğunu bildirib.
Kanal 12-nin reportajında Netanyahunun Qətərin suverenliyini pozduğuna görə üzr istədiyi və İsrailin ölən təhlükəsizlik zabitinin ailəsinə də təzminat ödəyə biləcəyi bildirilir.