Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Netanyahudan Trampa jest –

User 28 İyul 2026 - 08:04
tramp netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla qarşıdakı görüşü ərəfəsində Təhlükəsizlik Kabinetindən Qəzza zolağında Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsinə razılıq almağa çalışıb.

Azpost.info bildirir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, Ağ Ev əvvəlcə Netanyahu ilə görüşün keçirilməsinə xüsusi maraq göstərməyib və diplomatik kanallar vasitəsilə İsrail hökumətinin başçısına Vaşinqtona konkret diplomatik nəticə ilə gəlməsinin məqsədəuyğun olduğu mesajını çatdırıb.

Bildirilib ki, Netanyahu ABŞ-dəki İsrail səfiri Yexiel Leyter və Trampa yaxın müşavirlərlə məsləhətləşmələrdən sonra Qəzza məsələsini əsas diplomatik uğur kimi təqdim etmək qərarına gəlib.

Bundan sonra baş nazir Qəzza ilə bağlı plan çərçivəsində Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin ilk mərhələdə bölgəyə yerləşdirilməsi məsələsini Təhlükəsizlik Kabinetinin müzakirəsinə çıxarıb. Qeyd olunur ki, bu addım HƏMAS silahlıları hələ tərksilah edilmədiyi halda təklif edilib.

Müzakirələrdən məlumatlı olan israilli rəsmilərdən birinin sözlərinə görə, Netanyahu bu qərarın qəbulunda israr edib və bunu Donald Trampa ünvanlanmış “jest” kimi qiymətləndirib. Mənbənin iddiasına görə, bu addım kabinetin daha əvvəl müəyyən etdiyi prinsipdən geri çəkilmək demək idi. Həmin prinsipə əsasən, beynəlxalq qüvvələr yalnız HƏMAS tam tərksilah edildikdən sonra Qəzzaya yerləşdirilə bilərdi.

Məlumatda qeyd olunur ki, Benyamin Netanyahu Ağ Evdə Donald Trampla görüşə hazırlaşır. Hərçənd iki lider ictimaiyyət qarşısında sıx əməkdaşlıq nümayiş etdirsə də, xüsusilə İran məsələsində onların mövqeləri tam üst-üstə düşmür.

AzPost.az

Post navigation

Previous: 99 milyon illik kəhrəbada unikal tapıntı
Next: “KTMT qoşunu Qarabağa müdaxilə edə bilməzdi” –

Oxşar xəbərlər

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.