Netanyahu girovluqdan azad edilən 4 israillini xəstəxanada ziyarət edib

İsrailin baş naziri Binyamin Netanyahu bu gün Qəzzada girovluqdan azad edilən 4 israillini xəstəxanada ziyarət edib.

Azpost.info xəbər verir ki, bu barədə hökumət başçısının aparatı məlumat yayıb.

Baş nazir Təl-Əviv ətrafında yerləşən Şeba xəstəxanasında tibbi müayinədən keçən azad edilmiş insanları salamlayıb və onları qucaqlayıb.

Netanyahu gorovluqdan qayıdanlar və onların yaxınları ilə danışıb.

O, uğurlu əməliyyata görə ordu, polis və kəşfiyyat xidmətlərinin rəhbərliyinə xüsusi təşəkkür edib və Qəzza zolağında hələ də radikalların əlində olan bütün israilliləri azad edəcəyinə söz verib.

“Biz missiyanı başa çatdırana və oğurlananların hamısını evlərinə qaytarana qədər dincəlməyəcəyik”, – Baş nazir bildirib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.