Niderland Rusiyanın 400 milyon avroya yaxın aktivlərini dondurub.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Siqrid Kaq məlumat verib. “Dondurulmuş aktivlərin ümumi məbləği 391,9 milyon avrodur. Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları ilə əlaqədar rəqəmlər dəyişə bilər. Çünki indi sanksiyaların nəticələri və dondurulması ilə bağlı mənzərə tam deyil”, – nazir bildirib.
Azpost.info