Niderland şahzadəsi Amaliya orduda xidmət edəcək-FOTO

Niderlandın vəliəhd şahzadəsi Amaliya kral ailəsidən ordu sıralarına çağrılan ilk qadın olub.

AzPost bildirir ki, bu barədə NOS TV  məlumat yayıb.

O, Kral Silahlı Qüvvələrinin ehtiyatdan çağrılanlar üçün proqram çərçivəsində təlimə başlayıb.

Şahzadə Amaliya Kral Donanmasına qəul edilib. Ona üçüncü dərəcəli matros və üçüncü dərəcəli əsgər kiçik rütbələri verilib.

Şahzadə atdan yıxılıb qolunu qırdığı üçün hərbi xidmətin praktiki hissəsi gecikəcək. Şahzadə Amaliya hazırda proqramın nəzəri hissəsini öyrənir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.