Nikita Mixalkov kino mükafatını tənqid etdi:“”Oskar”ın incəsənətə heç bir dəxli yoxdur” 

Rusiyanın Kinematoqrafçılar Birliyinin sədri, Amerika Kino Akademiyasının kinematoqrafiya sənəti və elmləri üzrə Oskar mükafatçısı, rejissor Nikita Mixalkov son zamanlar bu mükafatların incəsənətə aid olmadığını, siyasiləşdirilmiş bir addım olduğunu düşünür.

TASS agentliyi xəbər verir ki, bundan əvvəl rus filmlərini akademiyaya təqdim edən, Rusiyanın Oskar komitəsinin sədri, rejissor Vladimir Menşov akademiyanın islahata ehtiyacı olmadığını bildirmişdi.

“Mən o qədər sözügedən akademiyaya inanmıram ki, onun islahatlar aparmasını heç düşünmürəm. Bununla yanaşı, Rusiyanın Oskar komitəsinə də etibarım yoxdur. Çünki siyasi şəraitə uyğun olmayan qərarların verilməsi heç bir uğur gətirməyəcək”, -deyə N.Mixalkov qeyd edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir