Nikolay Patruşev sabah Bakıya gəlir –Ramil Usubovla nələri müzakirə edəcəklər?

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sabah təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan ikitərəfli məsləhətləşmələri aparmaq üçün Bakıya gəlir.

Azpost.info TASS-a istinadən xəbər verir ki, bu barədə  Təhlükəsizlik Şurasının Aparatı açıqlama yayıb.

“Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Respublikasına səfər edəcək. Bakıda Patruşev Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla , iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq”,- rəsmi məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bağlanmış “Ekspress” qəzetinin keçmiş baş redaktoru vəzifəyə təyin olunub

Sonrakı məqalə

Tarixçi Qaxariya Gürcüstanın yeni baş naziri olacaq