Məşhur Hollivud aktyoru Brüs Uillis kino karyerasını bitirir.
Azpost.info bildirir ki, bu barədə onun keçmiş həyat yoldaşı, aktrisa Demi Mur tvitterdə yazıb.
Mur deyib ki, Onun sözlərinə görə, Bryusun səhhətində müəyyən problemlər var və onda nitq pozğunluğu yaranıb. Həkimlər Uillisə demensiya diaqnozu qoyublar.
“Brüs onun üçün çox böyük məna kəsb edən karyerasını bitirir. Bu, bizim ailəmiz üçün həqiqətən çətin vaxtdır. Biz sizin davamlı sevginiz, şəfqətiniz və dəstəyiniz üçün çox minnətdarıq”, – deyə Mur onu izləyən pərəstişkarlarına yazıb.