“Niyə belə edir, başa düşmürəm…”– Putin ilk dəfə Çubaysdan danışdı

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda ilk dəfə olaraq keçmiş müşaviri Anatoli Çubaysın ölkəni tərk etməsinə münasibət bildirib.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti səbəb kimi Çubaysın rəhbərlik etdiyi “Rusnano”nun ağır maliyyə vəziyyətini göstərib.

“Orada böyük bir dəlik var, böyük bir maliyyə dəliyi. Amma şükür Allaha ki, nə cinayət işi, nə də təqiblər var. Ola bilsin ki, bu onun cinayət işlərindən ehtiyat etməsi ilə bağlıdır”, – Putin deyib.

Putin həmçinin Çubaysın İsraildə olmasına münasibət bildirib: “Anatoli Borisoviçin orada gizlənməsi faktına gəlincə… İnternetdən mənə bir fotoşəkil göstərdilər, hansı ki o, artıq Anatoli Borisoviç Çubays deyil, Moşe İzraileviçdir…. O, niyə belə edir, başa düşmürəm”, – Putin bildirib.

2022-ci il martın sonunda Çubays prezidentin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edərək Rusiyadan gedib. O, eyni zamanda Rusiya şirkətlərinin rəhbərliyindən istefa verib. Çubays xeyriyyəçilik və siyasi layihələrdən də imtina edib. Həyat yoldaşı Avdotya Smirnova da Rusiyadakı fərdi sahibkarlıq fəaliyyətini dayandırıb.

Azpost.info

Əvvəlki məqalə

Nazirlik son 3 ildə tikilən məktəblərin sayını açıqlayıb

Sonrakı məqalə

Rusiya miqrantlardan imtina etməyə hazırlaşır?