Rusiya miqrantlardan imtina etməyə hazırlaşır?- AÇIQLAMA

“Rusiya əməkçi miqrantlara ehtiyacının olub-olmaması, ölkə iqtisadiyyatının onlarsız inkişaf edib-etməməsi barədə qərar verməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib.

“Bizə miqrant lazımdır, ya yox? Miqrant əməyindən istifadə etmədən iqtisadiyyatımız inkişaf edə bilərmi? Miqrasiya axını ilə təkcə məsələnin formal, hüquqi tərəfindən işləmək kifayət etmir. Həm də bunun etnik və milli tarazlığa necə təsir etdiyini, bunun xarici siyasət problemləri baxımından nə gətirəcəyini anlamaq lazımdır”, – deputat deyib.

Onun sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyində miqrasiya ilə bağlı iqtisadiyyat və sosial problemlərlə məşğul olan ekspertlər çatışmır.

Vladivostokda Şərq İqtisadi Forumunun plenar sessiyasında prezident Vladimir Putin bildirib ki, yeni texnologiyaların inkişafı sayəsində Rusiya əmək bazarında miqrantlardan imtina edə biləcək. O, eyni zamanda, bu sahədə tez nəticə əldə etməyin mümkün olmadığını da qeyd edib.

Rusiya liderinin dediyinə görə, hazırda ölkə iqtisadiyyatının miqrantlara ehtiyacı var və əmək bazarında onların sayı tələb olunandan qat-qat azdır. Eyni zamanda, Putin vəziyyətə diqqətlə yanaşmağın vacibliyinə toxunub.

Azpost.info

 

Əvvəlki məqalə

“Niyə belə edir, başa düşmürəm…”

Sonrakı məqalə

Üçtərəfli bəyanatdan sonra mina partlayışından ölən və xəsarət alanların