Nizami Gəncəvinin əsərləri gürcü dilinə tərcümə edilib –

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri gürcü dilinə tərcümə edilib.

Mayın 18-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində kitabların təqdimatı olub.

Nəfis tərtibatda nəşr edilən kitablarda “Xəmsə”yə daxil olan “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərləri yer alıb.

Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) birgə təşkilatçılığı ilə keçirilib.

Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov tədbirdə çıxış edərək bildirib ki, 2021-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Bu il çərçivəsində DİDK müxtəlif ölkələrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin həyat və yaradıcılığına həsr olunan tədbirlər keçirir.

Bildirilib ki, dost və qonşu Gürcüstanda da bu cür tədbirin təşkili xüsusi önəm daşıyır. Nizami Gəncəvinin əsərlərinin gürcü dilində nəşri Azərbaycanın Gürcüstanla mədəni və ədəbi əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

Kitabların işıq üzü görməsini yüksək qiymətləndirən gürcü və azərbaycanlı ziyalılar, Nizami Gəncəvi yaradıcılığının gürcü ədəbiyyatına təsirindən danışıb, Azərbaycan və Gürcüstan arasındakı dostluq və mədəni əlaqələrdən söz açıblar.(Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ekstremist elan edilmiş təşkilatların üzvləri seçkilərə qatıla bilməz –

Sonrakı məqalə

Levandovski “Barselona”ya keçə bilər