“Dünya normal həyata iki ildən sonra qayıdacaq” –Bill Qeyts virusa qarşı vaksin və izləmə sistemini vacib sayır

Koronavirus pandemiyası fonunda tətbiq olunan məhdudiyyətlərin ləğvi normal həyata qayıdış anlamına gəlməyəcək – bu, bir ildən və ya hətta iki ildən sonra olacaq.

Bu fikri xeyriyyəçi və Microsoft korporasiyasının qurucularından biri Bill Qeyts “Le Figaro” qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, biz normal həyata bir ya da iki ildən tez olmayaraq qayıdayacağıq: “Test və izləmə sisteminin vasitəsi ilə infeksiya sahələrini tez bir zamanda müəyyən edə və onlara nəzarət edə bilərik. Ancaq tamamilə normal fəaliyyətə qayıtmayacağıq, çünki insanlar yoluxma ehtimalı ilə əlaqədar çox narahat olacaqlar və davranışlarını kəskin şəkildə dəyişdirəcəklər”.

Sahibkarın fikrincə, müalicə metodları üzərində iş son dərəcə vacibdir və davam etməlidir, bununla birlikdə peyvəndlərin hazırlanması normal həyata qayıtmaq üçün əsas addım olmalıdır: “Peyvəndin hazırlanması üçün demək olar ki, bütün işlər özəl sektorda aparılır və biz [Bill və Melinda Qeyts fondu] neytral oyunçu olduğumuzdan və bütün mütəxəssislərlə əlaqə qurduğumuzdan (şirkətin əksər rəhbərləri ilə əlaqə saxlayıram), onların istehsal müəssisələrinin istifadə üçün təqdim etmələrini xahiş edirik. Onlardan 7 milyard doza, bəlkə də 14 milyard doza peyvənd istehsalının mümkünlüyünü nəzərdən keçirmələrini xahiş edirəm”. (Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

Neftin yenə ucuzlaşır –