Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata 9 avqustda başlanacaq

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum olub.

Bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar.

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

Əvvəlki məqalə

“Prezident İslam Kərimov çəkələyini qızına atdı” –

Sonrakı məqalə

Parlament seçkilərinə sentyabrın 22–dək yekun vurulacaq