Novruz Məmmədov:“Prezidentə dedim ki, Baş nazir olmağı bacarmaram”

“Cənab Prezident məni çağırıb dedi ki, Baş Nazir olmağı təklif edir. Gözlənilməz idi, elə vəziyyətdə qaldım ki, bu, mümkün olan şey deyil. Dedim ki, bacarmaram, mənim üçün bu, çətin olar. Söylədi ki, bir neçə namizədi var və onlardan biri də mənəm. Düzü, bu sözdən sonra bir az rahat oldum. Fikirləşdim ki, məndən başqa da namizədlər var”.

Azpost.info bildirir ki, bu sözləri Baş Nazir Novruz Məmmədov bir ay əvvəl “Space” telekanalına yayımlanan “Sadə həqiqətlər” verilişində qonaq olan zaman deyib. Verilişdə tələbəlik illərindən, tərcüməçilik fəaliyyətindən və iş həyatından danışan N. Məmmədov son olaraq Baş Nazir postunun ona necə təklif olunduğuna da toxunub. Bildirib ki, bu təklif onun üçün hamıdan çox gözlənilməz olub:

“Son Prezident seçkilərindən sonra hamımız çox razılıq, məmnunluq içində idik. Cənab Prezident məni çağırıb Baş Nazir olmağı təklif etdi. Elə vəziyyətdə qaldım ki. Dedim ki, Baş Nazir olmağı bacarmaram, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu, çətin olar. Dedi ki, yox. Bir neçə namizədi var və onlardan biri də mənəm. Düzü, bu sözdən sonra bir az rahat oldum ki, məndən başqa da namizədlər var. Ondan sonra bir dəfə də belə söhbətimiz oldu. Dedi ki, get fikirləş. Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Sonra Prezident zəng edib “Novruz Məmmədov, sabah gedirsən Milli Məclisə”-dedi. Daha heç bir şey fikirləşməyə qoymadı”. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Binəqədidə 4 narkotacir tutuldu –

Sonrakı məqalə

Artur Rasizadə Novruz Məmmədovun istefasından danışdı: