Nursultan Nazarbayev Bakıda Türk Şurasının fəxri sədri elan ediləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Zirvə Görüşündə Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək.

Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya planlaşdırılan səfəri ilə bağlı Türkiyə Prezident Administrasiyasının saytında yerləşdirilən məlumatda əksini tapıb.

N. Nazarbayev Türk Şurasının qurulmasına böyük əmək sərf etdiyi üçün bu fəxri ada layiq görüləcək. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan sabah Azərbaycana gəlir –

Sonrakı məqalə

Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi: