“Ödəniş qəbzlərinizi 3 il saxlayın, bank iddia qaldıra bilər” –Ekspertdən borcunu ödəmiş müştərilərə tövsiyyə

Bank üzrə tanınmış mütəxəssis Əkrəm Həsənov borclu olan müştərilərə bir sıra tövsiyyələr verib. 
Azpost.info bildirir ki, ekspertin fikrincə, banklar bəzən bir sıra keçmiş müştərilərinə qarşı borc ödənişi ilə bağlı iddia qaldırır.
Bu zaman müştəri banka ödəniş sənədlərini təqdim etməlidir.
Ə.Həsənovun sözlərinə görə,  müştəri banka borcunu  ödədikdən sonra 3 il (bankın sizə qarşı iddia müddəti) ərzində ödəniş sənədlərini saxlamalıdır. “Yaxud da bankdan sizə qarşı tələbinin olmaması (borcunuzun bağlandığı) barədə arayış alın. ASAN-Xidmətə gedib Kredit bürosundan kredit tarixçənizi də alıb yoxlayın ki, bank həqiqətən ödənişlərinizi borcunuzun bağlanmasına yönəldib”.
Ekspertin fikrincə bu sektorda elə şeylər baş verir ki, təəccüblənməyə də güc qalmır: “Məsələn, bir də gördünüz ki, sizi bir hüquq-mühafizə orqanına çağırıb dedilər ki, 10 il əvvəl filan banka borcunuz olub ödəməmisiz. Siz də cavab verirsiniz ki, ödəmişəm. Müstəntiq təsdiqedici sənəd tələb edir. Deyirsiz ki, tullamışam. Bankın tələbi var idisə, 3 il ərzində məhkəməyə müraciət edə bilərdi. Müstəntiq də deyir ki, xeyr, ödəməmisiz, sənədiniz də yoxdur. Bank da ona görə iddia qaldırmayıb ki, onun hansısa işçisi ilə sövdələşmisiz, “şapka” vermisiz və s. və i.a. Ya borcu ödəyin, ya da barənizdə cinayət işi açılacaq…”
Ə.Həsənov bunun üçün bank sənədlərini 3 il ərzində qorunmasını tövsiyə edib.
Azpost.info
Əvvəlki məqalə

Kainat yarananda vaxt indikindən beş dəfə yavaş keçirmiş –

Sonrakı məqalə

Bakıda Qoşulmama Hərəkatının görüşü keçirilir –