Oğul maşının açarlarına görə atasını bayram gecəsi öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində 17 yaşlı oğlan atası ilə dava edib və onu öldürüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Yeni il gecəsi Kulturı prospektindəki mənzildə baş verib.

İstintaq müəyyən edib ki, yeniyetmə çox sərxoş halda saat iki radələrində evə gəlib. Gənc oğlan atasından maşının açarlarını tələb edib və rədd cavabı alaraq mətbəx bıçağını götürüb. Yeniyetmə atasını sinəsindən bıçaqla vuraraq, öldürüb.Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri yeniyetməni saxlayıb.

Faktla bağlı cinayət işi açılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.